PORTAL HAQQINDA:

AsanDoc Portal, əsasən rəqəmsal imzanı təmin etməklə daxil etdiyiniz razılaşmanızdan ibarət olan sənəd və rəqəmsal imzanın özünə aid informasiya toplusudur. Siz rəqəmsal imzanı istənilən formatda olan sənədə, eləcə də sənədlər qutusuna əlavə edə bilərsiniz.

Rəqəmsal imzanı sənədə və ya sənədlər qutusuna daxil etməklə AsanDoc faylı yaradılır ki, bununla, artıq həmin imza o faylın ayrılmaz hissəsini təşkil edir. İmzaladıqdan sonra sənəd(lər)ə heç bir dəyişikliklər edilə bilmədiyindən, rəqəmsal imza onun məzmununun bütövlüyünü təsdiqləyir. Rəqəmsal imza imzalayan şəxs, istifadə olunmuş imzalama sertifikatının etibarlılığı, imzalanma tarixi və imzalayanın icazəsi və yerləşdiyi yer haqqında və s. bu kimi əlavə informasiyanı əhatə edir. AsanDoc Portal sonradan, imzalanmış sənəd(lər)in və ona əlavə edilmiş imzaların gözdən keçirilməsi məqsədi ilə açıla bilər. O, həmçinin, adi sənəd kimi saxlanıla, paylaşıla, elektron poçt ilə göndərilə və ya çap oluna bilər. Çap olunmuş variantda imzalara aid informasiya ayrıca vərəq şəklində çıxır.

Azərbaycanda rəqəmsal imzalar əllə edilən imzalar kimi eyni hüquqi qüvvə daşıdığından, dövlət qulluqçuları, biznesmenlər və hüquqi şəxslərin elektron imza aləti ilə təmin edilməsi üçün təhlükəsiz və istifadəsi sadə olan platforma yaradılmalıdır. Əlavə olaraq, AsanDoc Portalı internet bank, və digər elektron xidmətləri ilə inteqrasiya edilə bilər.

AsanDoc proqram təminatı iPhone, iPad və müxtəlif Android qurğuları üçün açıqdır.

İSTİFADƏÇİLƏR BİZİM HAQDA