PORTAL HAQQINDA:
AsanDoc Portal, əsasən rəqəmsal imzanı təmin etməklə daxil etdiyiniz razılaşmanızdan ibarət olan
sənəd və rəqəmsal imzanın özünə aid informasiya toplusudur. Siz rəqəmsal imzanı istənilən formatda
olan sənədə, eləcə də sənədlər qutusuna əlavə edə bilərsiniz.
Rəqəmsal imzanı sənədə və ya sənədlər qutusuna daxil etməklə AsanDoc faylı yaradılır ki, bununla,
artıq həmin imza o faylın ayrılmaz hissəsini təşkil edir. İmzaladıqdan sonra sənəd(lər)ə heç bir
dəyişikliklər edilə bilmədiyindən, rəqəmsal imza onun məzmununun bütövlüyünü təsdiqləyir. Rəqəmsal
imza imzalayan şəxs, istifadə olunmuş imzalama sertifikatının etibarlılığı, imzalanma tarixi və
imzalayanın icazəsi və yerləşdiyi yer haqqında və s. bu kimi əlavə informasiyanı əhatə edir. AsanDoc
Portal sonradan, imzalanmış sənəd(lər)in və ona əlavə edilmiş imzaların gözdən keçirilməsi məqsədi
ilə açıla bilər. O, həmçinin, adi sənəd kimi saxlanıla, paylaşıla, elektron poçt ilə göndərilə və ya
çap oluna bilər. Çap olunmuş variantda imzalara aid informasiya ayrıca vərəq şəklində çıxır.
Azərbaycanda rəqəmsal imzalar əllə edilən imzalar kimi eyni hüquqi qüvvə daşıdığından,
dövlət qulluqçuları, biznesmenlər və hüquqi şəxslərin elektron imza aləti ilə təmin edilməsi üçün
təhlükəsiz və istifadəsi sadə olan platforma yaradılmalıdır. Əlavə olaraq, AsanDoc Portalı internet
bank, və digər elektron xidmətləri ilə inteqrasiya edilə bilər.
AsanDoc proqram təminatı iPhone, iPad və müxtəlif Android qurğuları üçün açıqdır.